Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E  L A N

02.05.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında BDU–nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin professoru Əliyev Nihan Əlipənah oğlunun “Müasir riyaziyyatın çatışmayan cəhətləri” mövzusunda məruzəsi olacaq. Məruzədə görkəmli riyaziyyatçılar tərəfindən söylənilmiş bəzi kəlamlarda olan çatışmamazlıqlardan bəhs ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Ötən il “Web of Science” elmi bazasında Azərbaycan üzrə rekord sayda elmi-tədqiqat işi qeydə alınıb

2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi-tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir. Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. Respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz […]

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi AMEA-da anılıb

Aprelin 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib. Elm, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminin, xüsusi ilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, […]

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında ölkə Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının […]

E L A N

02.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Kostyuçenko sistemi şəkilli sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə: • Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; • Birinci hissədə alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına […]

Alimlərimiz pedaqoji təhsil üzrə IV Beynəlxalq foruma dəvət olunublar

22-24 may 2018-ci il tarixlərində Rusiyanın Kazan şəhərində Kazan Federal Universitetində pedaqoji təhsil üzrə IV Beynəlxalq forum keçiriləcək.Foruma Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov dəvət olunublar. Tədbirdə alimlər “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan məktəblərində hesab məsələləri kitabları” adlı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər