
21/11/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi Gülnar Şamilova və Azərbaycan Texniki Kollecinin müəllimi Əli Məmmədov mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər. Gülnar Şamilova “Düzbucaqlı prizmalarda və silindrlərdə qeyri stasionar dalğaların yayılması” mövzusunda, Əli Məmmədov isə […]
19/11/2014
Noyabrın 19-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Əfəndiyev məruzə edib. Məruzədə Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analiz məsələsindən danışılıb. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. […]
19.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Feyruz oğlu Əfəndiyev “ Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analizi tədqiq edilmişdir. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. Tərs məsələnin konstruktiv […]
14/11/2014
21 noyabr 2014-cü il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Gülnar Rövşən qızı Şamilovanın “Düzbucaqlı prizmalarda və silindirlərdə qeyri-stasionar dalğaların yayılması prosesinin tədqiqi” mövzusunda və Əli Rza oğlu Məmmədovun “Qabarıq silindrik səthə yaxın yerləşmiş periodik əyrilikli […]
13/11/2014
12 noyabrda AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilimişdir. İclasda “Diferensial tənliklər” və “Sürüncəklik nəzəriyyəsi” şöbələrinin illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilmişdir. Elmi şurada AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəsmi internet səhifəsinin (www.imm.az) hesabatında “Hesablama Riyaziyyatı və İnformatika” şöbəsinin elmi işçisi Aynurə Cəfərova il ərzində görülmüş işlər barəsində ətraflı məlumat […]
12/11/2014
Noyabrın 12-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elastik maye ilə doldurulmuş elastik sferik örtüyün sərbəst rəqsləri” mövzusunda Ümuminstitut seminarını keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Ağalarov məruzə edib.