Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı onlayn seminarlar keçiriləcək

Fevral ayının 19-dan 28-dək “Clarivate Analytics” şirkətinin “Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlar keçiriləcək. Seminarlarda “Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm?”, “Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir?”, “Elmi məqalələrə olan tələblər hansılardır?”, “Yırtıcı jurnallarda nəşr olunmaqdan necə qorunmaq olar?” və digər mövzularda müzakirələr […]

Elmi şuranın  iclası keçiriləcək

21.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda aşağıdakı məsələlər müzakirə ediləcək: “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyevaya 2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisası üzrə dosent elmi adın verilməsi haqqında; Fəlsəfə doktoru hazırlığı üzrə dissertant Dünya Fərəclinin ikinci elmi […]

Fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulla bağlı müsabiqə keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertanturaya qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi Elmi Şurada müsabiqə fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 7 yerə 16 nəfər, elmlər doktorluğu üzrə dissertanturaya isə 4 yerə 4 nəfər sənəd verən iştirak etmişdir. Bununla yanaşı, iddiaçılarla onların […]

E L A N

21.02.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edəcək. Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi üzrə ortoqonal ayrılışların parçada mütləq və müntəzəm yığılması və müntəzəm yığılma sürətinin […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanov beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov Moskva şəhərində Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasında keçiriləcək beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar. Martın 15-16 tarixlərində baş tutacaq “Müəllimin peşəkarlığı: mahiyyəti, məzmunu, inkişaf perspektivləri” adlı konfrans M.Ş. Makarenkonun 130 illik ildönümünə həsr olunub. […]

Müdriklərin sultanı – Nəsirəddin Tusi (II hissə)

Tusinin elmi irsinin araşdırılması haqqında. N.Tusinin elmi irsi özünün müasirləri və sonrakı alimlərin daim diqqət mərkəzində olmuşdur. Artıq XIII əsrin sonu, XIV əsrin birinci yarısında yaşamış, Təbrizdə monqol xanları Qazan və Olceytunun saraylarında işləmiş Nizam əd-Din əl-Həsən ibn Mühəmməd ibn Hüseyn əl-Ərac əl-Qummi ən-Nisaburi Tusinin astronomiya, həndəsə, fəlsəfə sahəsində əsərlərinə şərhlər yazmışdır. Onun “Təsanif sultan […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər