Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda məruzə edib. Məruzədə Hardi operatorunun kompaktlığı haqqında danışılıb. Bu operatorun kompaktlığı məsələsi bir sinif inteqral tənliklərin həllinin varlığının araşdırılmasında əhəmiyyətli rol oynayır. Digər […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 9 mart 2018-ci il tarixində işıq üzü görüb. Qəzetdə www.terminologiya.az milli terminoloji veb-portalın təqdimat mərasimi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin müsahibəsi, Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan konfrans, Naxçıvan Bölməsində Azərbaycan […]

“Fars Abbas” kim idi?

İrəvan qəza məktəbi 1868-ci ildə progimnaziyaya, 1881-ci ildə isə klassik gimnaziyaya çevrildi. Qısa bir müddətdə regionda böyük nüfuz qazandı. İrəvan gimnaziyasında dərs deyən müəllimlərdən biri də fars dilini tədris edən Abbas Məhəmmədzadə idi. Fars dilini gözəl bildiyinə görə ona “Fars Abbas” deyirdilər. O, həm pansionda, həm də gimnaziyada dərs verirdi. Abbas Məhəmmədzadə dərsliklər də hazırlayıb […]

Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart- “Beynəlxalq Qadınlar Günü ” qeyd olundu

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açdı. O, xanım əməkdaşları 8 Mart – “Beynəlxalq Qadınlar Günü” bayramı münasibəti ilə təbrik edərək onlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti […]

“Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Moskva Dövlət Uiversitetinin mexanika-riyaziyyat fakültəsinin “İdarəetmənin ümumi problemləri” kafedrasının professoru Qaleyev Elfat Mixayloviç “Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda məruzə edib. Məruzədə bərabərlik və bərabərsizlik tipli hamar məsələlərdə ekstremum üçün birinci və ikinci tərtib […]

E L A N

09.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, r.e.d. Rövşən Əlifağa oğlu Bəndəliyev “Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hardi operatorunun kompaktlığı haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər