Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda məruzəsi olub. Məruzədə Kantoroviç operatorunun Lebeq fəzalarında maksimal funksiya vasitəsi ilə bəzi qiymətləndirmələri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Bu gün mexanika sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin doğum günüdür

Yusif Əmən oğlu Əmənzadə 1914-cü il fevralın 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda assistentlikdən kafedra […]

“Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda seminar keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun  «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda çıxış edib. Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılıb. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan […]

E L A N

09.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Kantoroviç operatorunun Lebeq fəzalarında bəzi qiymətləndirmələri” mövzusunda məruzəsi olacaq. Məruzədə Kantoroviç operatorunun Lebeq fəzalarında maksimal funksiya vasitəsi ilə bəzi qiymətləndirmələri müzakirə ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun əsaslandırılması” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bir sinif hipersinqulyar nüvəli inteqral tənliklər üçün kollokasiya üsulunun […]

Abbasqulu ağa Bakıxanov kimdir?

– Abbasqulu ağa Bakıxanov kimdir? -O, Bakı yaxınlığındakı Xilə (indiki Əmircan) kəndində 1794-cü ildə anadan olmuşdur. Bakı xanı II Mirzə Məmmədin oğludur. Atası 1784-1791-ci illərdə Bakının xanı olub. Fars və ərəb dillərini, klassik ədəbiyyat, ilahiyyatı dərindən bilirdi. Əlahiddə Qafqaz korpusunda hərbi qullağa girmiş (1820), rus dilinə yaxşı yiyələndikdən sonra baş komandanın dəftərxanasına Şərq dilləri üzrə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər