Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

24.01.2018-ci il tarixində Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dördüncü tərtib adi diferensial tənliklər üçün həm xəttiləşən, həm də xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunur. Bu məsələlərin bifurkasiya […]

Dissertasiya şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Asya Məmmədkərim qızı Quliyevanın “Yeni mənada qoşma operatorun qurulması və tədqiqi” mövzusunda 1212.01-Riyazi fizika tənlikləri ixtisasından riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada […]

XIX əsrin sonlarında Mirzə Fətəli Axundovun hansı fikri milli ziyalıların fəaliyyət proqramına çevrilmişdi?

– XIX əsrin sonlarında Mirzə Fətəli Axundovun hansı fikri milli ziyalıların fəaliyyət proqramına çevrilmişdi? -“Əgər xalq tərbiyə edilməzsə və camaat savadlı olmazsa, çəkdiyimiz bütün zəhmətlər heçə-puça çıxacaqdır”. – XIX əsrin sonlarında M.F.Axundov nələri həlli vacib olan zəriri ictimai və pedaqoji problemlər hesab edirdi? -O, belə vacib üç məsələni qeyd edirdi: 1) kütləvi xalq məktəblərinin olmaması; […]

E L A N

24.01.2018-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Yarı-xətti və yarı-xəttiləşən Şturm-Liuvill məsələlərinin həllərinin strukturu haqqında” mövzusunda çıxış edəcəkdir. Məruzədə yarı-xətti Şturm-Liuvill məsələsinin osillyasiya xassələri, yarı-xəttiləşən Şturm-Liuvill məsələsinin həllərinin qlobal bifurkasiyası haqqında danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]

“Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda məruzə edib. Məruzədə sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq 1990-cı ildə yaşananları tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər