AMEA Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertantura yolu ilə elmi kadrlar hazırlayır.

Riyaziyyat üzrə ( Proqram əlavə olunur ):

1201.01- “Cəbr”

1202.01 – “Analiz və funksional analiz”

1211.01- “Diferensial tənliklər”

1212.01- “Riyazi fizika tənlikləri”

1214.01- “Dinamik sistemlər və optimal idarəetmə”

3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”

Mexanika üzrə ( Proqram əlavə olunur ):

2002.01-“Deformasiya olunan bərk cism mexanikası”

2003.01- “Maye,qaz və plazma mexanikası”

Doktoranturaya fəlsəfə doktoru hazırlığı üzrə qəbul qaydaları:

Əyani doktoranturaya tam ali təhsilli (ali təhsil pilləsinin magistratura pilləsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Gənc mütəxəssislər ancaq ali təhsil müəssisəsi (fakültə) Elmi Şurasının zəmanəti ilə bilavasitə ali təhsil müəssisəsini (magistraturanı) bitirdikdən sonra imtahanlarda iştirak etməyə buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkil ilə birlikdə);

– tərcümeyi-hal;

– iş yerindən xasiyyətnamə;

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti ( xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün qəbul ediləcəkdir.

Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təmin olunurlar.
Qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.

İxtisas üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilir.

Dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul qaydaları:

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçun dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan, ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedagoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üşün aşağıdakı sənədlər AMEA-nın RMİ institutuna təqdim olunmalıdır:

– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkil ilə birlikdə);

– tərcümeyi-hal;

– iş yerindən xasiyyətnamə;

– elmi işlər, ixtiralar və elmi-tədqiqat işləri üzrə hesabatların siyahısı; çap olunmuş elmi işləri və ixtiraları olmayan şəxslər seçdikləri ixtisas üzrə elmi
məruzə(referat) təqdim edirlər;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti və qiymət cədvəlindən çıxarış ;

– əmək kitabçasının sürəti;

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq məqsədilə dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın RMİ-na təqdim olunmalıdır:

– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkil ilə birlikdə);

– tərcümeyi-hal;

– iş yerindən xasiyyətnamə;

– çap olunmuş elmi əsərlərin siyahısı ( elmlər doktoru hazırlığı üzrə );

– fəlsəfə doktoru ( elmlər namizədi ) diplomunun müvafiq qaydada təstiq edilmiş surəti;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təstiq
edilmiş surəti;

– əmək kitabçasının sürəti;

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin doktorant və dissertant hazırlığı üzrə qəbul PLANLARI

Tel: (994 12) 5382444. E-mail: doktoranturarmi@yahoo.com