Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanovun 70 yaşı münasibəti ilə təbrik edirik!


Həmidulla İsrafil oğlu Aslanov – 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adini  almışdır. Differensial operatorların spectral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir, 165-dən artıq elmi əsərin müəllifidir. 25-dən artıq məqaləsi isə xaricdə çap edilmişdir. “Adi differensial tənliklər və riyazi fizika tənlikləri”, “Çoxdəyişənli funksiyalar, çoxqat, əyrixətli və səth inteqrallları”, “Meydan nəzəriyyəsinin elementləri”, “İnteqral tənliklər, təqribi həll üsulları, EHM-də tətbiqləri”, “Riyazi fizika tənliklərinin şəbəkə üsülü ilə həlli”, “İnteqral çevrilmələr nəzəriyyəsinin elementləri”, “Funksional-analiz”, “Funksiyalar nəzəriyyəsi və funksional analiz” dərs vəsaitlərinin müəllifidir. 1994-1995-ci illərdə İran İslam Respublikasının Təbriz Universitetinə dəvət olunmuş, mü  hazirələr oxumuşdur. 45 ildən artıq müddətdə Xankəndi Pedaqoji İnstitutunda , Azərbaycan Texniki Universitetində , Bakı Qızlar Universitetində , Bakı Dövlət Universitetində və Bakı Mühəndislər Universitetində işləməşdir. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası  Riyaziyyat və Mexanika İnstitutunda “funksional analiz” şöbəsinin müdiri vəzifəsində çalışır. Fizika – riyaziyyat elmləri doktoru, professordur. 2018-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.

İnstitutun kollektivi Həmidulla müəllimi 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli  nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər