Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Layihə haqqında


Riyaziyyatın inkişafı və müasir dünyada geniş tətbiqi, istər müasir texnologiyalar sahəsində, istər iqtisadiyyatda və istərsə də cəmiyyətin digər fəaliyyət sahələrində yüksək ixtisaslı dərin riyazi biliyə malik mütəxəssislərin hazırlanmasını tələb edir. Respublikamızda riyaziyyat sahəsində müasir tələblərə uyğun elmi-pedaqoji və digər mütəxəssis hazırlanması baxımından gənc nəsil arasında riyaziyyat elminin təbliğinin böyük əhəmiyyəti var.
Təkcə orta məktəb riyaziyyat kursu şagirdlərə bu elmin prespektivlərini tam mənası ilə dərk etməyə imkan vermir. Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarını müasir şagirdlərə aşılamaq üçün onun populyarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. Populyar mühazirələr, seminarlar, dərgilər və kiçik həcmli kitabçalar riyaziyyata uşaqların marağını artırır və onun praktiki əhəmiyyətini dərk etməyə kömək edir.
Respublikada bu sahədə olan boşluğu hiss edərək Riyaziyyat Mexanika İnstitutu xüsusi fəaliyyət proqramı ilə işə başlayır və bu işdə təşəbbüslə çıxış edən istənilən təşkilat və şəxslərlə əməkdaşlığa böyük önəm verir.
Layihənin icrası nəticəsində aşağıdakılara nail olmaq məqsədi qoyulur: şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək;gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək; istedadlı uşaqların, gənclərin vaxtında aşkar edilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək; müəllim-pedaqoji kollektivlərlə bu sahədə əməkdaşlıq etmək; riyaziyyat və fəlsəfə üzrə elmlər doktoru və professorları şagirdlərin riyaziyyat sahəsində təhsilinə cəlb etmək.
Layihə çərçivəsində riyaziyyatdan elmi-populyar mühazirələrin və şagirdlərin hazırladığı mövzular üzrə seminarların təşkili, şagirdlər arasında riyazi yarışların keçirlirilməsi nəzərdə tutulur. Aparılan iş nəticəsində əldə olunan materiallar üzrə elmi-populyar broşurların nəşri planlaşadırılır.

Təşkilat komitəsi:

  • Misir Mərdanov – AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor;
  • Nazim Kərimov – Xəzər Univeristetinin professoru, f-r.e.d;
  • Vidadi Mirzəyev – AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”     şöbəsinin aparıcı elmi işçisi , f-r.e.n, dosent;
  • Eminağa Məmmədov – AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru;
  • Qasımov Telman – AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi , f.r.e.n., dosent;
  • Məhərov İbrahim – AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi böyük elmi işçisi ,f.-r.e.n.;
  • Quliyev Əbdürrəhim – AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi-fizika tənliklər” şöbəsi aparıcı elmi işçisi, f.r.e.n.;
  • Məmmədli Ələddin – Zərifə Əliyeva adına liseyin müəllimi, əməkdar müəllim;
  • Həsənov Əkbər – F.-r.e.n., Zərifə Əliyeva adına liseyin  riyaziyyat müəllimi;

 

Elanlar

– Elmi-populyar mühazirə və seminar

– Mövzular

– Müsabiqə

Arzu və təklif

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər