Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Görkəmli riyaziyyatçı alim Qabil Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edirik!


Bu gün Tətbiqi Riyaziyyat şöbəsinin müdiri, professor Qabil Əliyevin 85 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı olmuşdur, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında “Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей” mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967-1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə “Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение” mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir.

1966-2019-cu illərdə elmi fəaliyyətlə məşğul olan prof. Əliyev G.G. 150-dən çox elmi məqalə, o cümlədən 12 monoqrafiya (7 xaricdə: Amerika, Almaniya və Türkiyə); Xaricdə 18 məqalə (2 – Amerika, 3 – Rusiya, 1 – Hindistan, 1 – Polşa, 12 – Türkiyə); 8 aparıcı ölkədə (Amerika, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, İsveç, Hindistan) 17 beynəlxalq patent və SSRİ-nin 28-dən çox müəlliflik sənədi.

2010–cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı, 1984-cü ildə SSRİ ixtiraçısı Fəxri döş nişanı, 2002-ci ildəTürkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin təşəkkürü, 2013-cü ildə Avropa nəşr Mətbu Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı Alim” qızıl medalı ilə təltif olunub, 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir, 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə təltif olunub, 2017-ci ildə Azərbaycan kütləbi informasiya Həmkarlar İttifaqı tərəfindən “İlin Alimi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədr müavini, AMEA-nın RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının üzvüdür.

1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir.1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir.

Professor Qabil Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    509862

  • Sağalan

    481696

  • Yeni yoluxan

    2005

  • Aktiv xəstə

    21337

  • Ölüm halı

    6829

  • Test edilib

    5,069,352

Faydalı linklər