Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadov


Mais_Cavadov

22 mart 1929-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur.

1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir.

Moskva Dövlət Universitetində aspirantı olmuşdur.

1958-ci ildə akademik Z.I. Xəlilovun rəhbərliyi ilə “Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi” mövzusunda namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

O, əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlamış, aspiranturanı bitirdikdən sonra Riyaziyyat və Mexanika İnstitutuna qayıdaraq 1969-cu ilə qədər baş elmi işçi, sonra isə şöbə müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. Mais Cavadov bir sıra Beynəlxalq Elmi Konqreslərdə iştirak etmişdir. Onun rəhhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. Mais Həbib oğlu Cavadov 28 sentyabr 1992-ci ildə vəfat etmişdir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    517802

  • Sağalan

    485232

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    25655

  • Ölüm halı

    6915

  • Test edilib

    5,117,481

Faydalı linklər