Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Pənahova Elmira xanımı 50 yaşı münasibətilə təbrik edirik!


Pənahova Elmira Xanverdiyevna 31 mart 1971-ci ildə Bakı şəhərində anadan olmuş, 1988-ci ildə burada 240 saylı orta məktəbi bitirmişdir.

  1989-1994-cı illərdə Mahac Qala şəhərində yerləşən Dağıstan Dövlət Universitetinin “İqtisadiyyatın idarə olunması” fakültəsinin “İqtisadiyyat və Əməyin sosialogiyası” ixtisası üzrə təhsil almışdır.

1992-1994- ci illərdə Ticarət nazirliyi tərkibində RORO “Mebel” şirkətinin plan şöbəsində iqtisadçı, 1994-2000-ci illərdə ”Mbank” kommersiya bankında mühasib, böyük mühasib, böyük iqtisadçı və əməliyyat departamentində menecer vəzifələrində çalışmışdır.

2008-ci ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda mühəndis proqramlaşdırıcı vəzifəsində işləyır.

Elmira Xanverdiyevaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

İnstitutun kollektivi Elmira xanımı 50 yaşı tamam olması münasibətilə təbrik edir, ona  həyatın ən dəyərli nemət olan can sağlığı, uğurlu həyat yolu, sevinc dolu günlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər