Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayında “Teknofest Azərbaycan” festivalı ilə bağlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri yer alıb. Bundan əlavə, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı, nümayiş etdirilən elmi-texnoloji nailiyyətləri, akademik Arif Həşimovun Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşü, Azərbaycanda ilk dəfə […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 28 May-Müstəqillik Günü qeyd olunub

Riyaziyyat və Mexanika İnstitutunda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək 28 May – Müstəgillik  Günü  münasibəti ilə iştirakçıları təbrik edərək, bu günün tarixi və fəlsəfi mahiyyəti barədə geniş çıxış edib. Professor M.Mərdanov müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

27 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri riyaziyyat elmləri doktoru, dosent Telman […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 may 2022-ci il tarixli iclasında  saat 1400-da Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi İnstitutun […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük  elmi işçisi, f-r.e.n, dos. İbrahim Məhərovun 65 yaşı tamam olur

İbrahim Kamran oğlu  Məhərov 23 may 1957-ci ildə Ağdam rayonunun Şıxlar kəndində  anadan olub. 1979-cu  ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-ci ildə təyinatla Azərbaycan EA RMİ-nun Xüsusi Konstruktor Bürosunda böyük laborant kimi işə başlayıb, mühəndis, böyük mühəndis, aparıcı mühəndis  vəzifələrində işləyib.  1990-cı ildə RMİ-nun “Riyazi modelləşdirmə” laboratoriyasına, 1994-cü ildə “Riyazi anzliz” şöbəsinə  […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun “Diferensial tənliklər” şöbəsinin 0,5 ştat baş elmi işçisi, r.ü.f.d., professor Bəhram Əliyenin 70 yaşı tamam olur

Bəhram Əli oğlu Əliyev 22 may 1952 – ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. 1973 – cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) Riyaziyyat fakütəsini bitirib. 1974–1975 – ci illərdə təyinatla Gürcüstan Respublikasının Qardabani rayonunda riyaziyyat müəllimi vəzifəsində işləyib. 1976 – cı ildə Ordu sıralarında xidmət edib. 1981 – ci […]