Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda plenar məruzə ilə çıxış etmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində Umummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda keçirilən Respublika elmi konfransının (11-13 may 2022-ci il) açılışında “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik məsələsininhəll metodu və onun tədbiqləri” mövzusunda plenar məruzə ilə […]

ELAN

Şahdağ — 3 nəfərlik (16.06-29.06), Şahdağ — 2 nəfərlik (16.06-29.06), Şəfa  — 2 nəfərlik (01.06-14.06), Şəfa — 3 nəfərlik (01.06-14.06) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dos. İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA-da “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans keçirilib

Mayın 6-da AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans keçirilib. Əvvəlcə konfransda Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 6 may 2022-ci il tarixli iclasında saat 1400-da Sevda Elxan qızı İsayevanın “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

ELAN

11 may 2022-ci il tarixində Bakı Dövlət Universitetində keçirələcək konfransla əlaqədar olaraq Ümuminstitut seminarı təxirə salındı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Elm” qəzetinin cari ildə 15-ci sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Müstəqil dövlətçiliyin möhkəm bünövrəsi” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda lektoriya, AMEA rəhbərliyinin UNEC-də Ümummilli lider Heydər Əliyevə həsr edilən tədbirdə iştirakı, Beynəlxalq “Silkway” ədəbiyyat festivalının final mərhələsi, Akademiyada […]