Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ramazan Bayramı münasibətlələ tədbir keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ramazan Bayramı münasibətilə sözügedən müəssisədə çalışan əməkdaşlara sovqatlar paylanılıb. İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə , onları qarşıdan gələn Ramazan  bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə milli- mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd edib. Vurğulayıb ki, Ramazan bizim mənəviyyatımızı möhkəmləndirir, […]

Akademik Arif Həşimov: “Tarixi Zəfərdən sonra dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub”

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun giriş nitqi dinlənilib. Ümumi yığıncağın ölkəmizdə fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabata həsr olunduğunu deyən akademik ötən ilin respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir sıra uğurlarla […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Aprelin 27-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət […]

Alimlər bəşəriyyətin Kardaşev şkalası ilə I tip sivilizasiyaya nə zaman  çatacağını hesablayıblar

1964-cü ildə sovet astrofiziki Nikolay Kardaşev insanların istənilən vaxt istifadə etdiyi enerjinin miqdarını hesablayaraq bəşər sivilizasiyasının tərəqqisini ölçməyi təklif edən şkala təqdim edib.    Kaliforniya Texnologiya İnstitutunun alimləri öz yeni elmi işlərində bizim sivilizasiyanın Kardaşev şkalası üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş bir neçə üsul mövcuddur. Həmin […]

L”Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün”
2023-cü il üzrə Beynəlxalq Mükafat haqqında

L”Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün”2023-cü il üzrə Beynəlxalq Mükafat haqqında L’Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün” proqramı çərçivəsində təbiət elmləri (Fizika, Riyaziyyat, Kompüter) sahəsində 2023-cü il üzrə Beynəlxalq Mükafata namizədlərin qəbulu elan edilmişdir. Sözügedən Mükafata Fizika, Riyaziyyat və Kompüter Elmləri üzrə müstəsna xidmətləri olan qadınların namizədliyinin təqdim edilməsi […]

ELAN

14-15 may 2022-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Masallı rayonuna (iki gün bir gecə) gəzinti təşkil edir. İstəyənlər HİK-in sədri dos. İradə Mirzəzadəyə müraciət etsinlər (otaq 514). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.