Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Şöbə müdirlərinin nəzərinə! AMEA-nın Ümumi Yığıncağı ilə bağlı sərgi keçiriləcək. Bunu nəzərə alaraq, 2021-ci ildə şöbə əməkdaşları tərəfindən Clarivaty Analytics bazasında çap olunan məqalələrin (1 nüsxə) ottisklərini 13 aprel 2022-ci il tarixinə qədər  elmi katib Tamilla Həsənovaya təqdim etməyinizi Sizdən xahiş edirəm. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Azərbaycan  Milli Elmlər Akademiyası  Riyaziyyat  və Mexanika  İnstitutunda İxtisas fənni üzrə Fəlsəfə doktorluq imtahanları keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən  doktorant və dissertantlar 2022 il aprel ayinin 21-dək aşağıdakı sənədləri təqdim etməlidirlər: 1.Ərizə. 2.Şəxsiyyət vəsiqəsinin sürəti. 3.Elmi işlərin siyahısı. Sənədlər  RMI -nun Təhsil şöbəsinə təqdim olunmalıdır 5-ci mərtəbə, otaq 506.                                                                                                                 TƏHSIL ŞÖBƏSI © […]

ELAN

19.04.2022-cu il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün […]

Avropa Qızlar Riyaziyyat Olimpiadasından ilk qızıl medal

Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi  Fidan Qarayeva qızıl medala, […]

İbrahimov Elman sizi  55 yaşı münasibətilə təbrik edirik!

İbrahimov Elman Allahverdi oğlu 09 aprel 1967-ci ildə Ağdam rayonu Xıdırlı kəndində   anadan olmuşdur. İbrahimov Elman Allahverdi oğlu 1984-cü ildə Ağdam şəhər Xıdırlı kənd orta məktəbini bitirib. 1985 – 1987-ci illərə kimi  SSR-nin Monqolustan Respublikasında hərbi xidmətdə olmuşdur. 1988-ci ildən Ağdam rayonunda tikinti idarəsində usta vəzifəsində işləmişdir. 1993-cü ilin iyul  ayında isə mənfur ermənilərin Ağdam […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın İctimai Elmlər Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə növbəti görüşü, AMEA-nın […]