Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

16 mart 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun“Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirilib

14 mart 2022-ci il tarixində AMEA-nın Rəyasət Heyətində görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Respublikasının […]

ELAN

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 16 mart 2022-ci il tarixli iclasında  saat 1200-da Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi İnstitutun akt zalında keçiriləcək.     İclasa qoşulmaq […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşü yer alıb. Bundan əlavə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Yer Elmləri Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşü, “Ədəbi-proses – 2020-2021” mövzusunda […]

Professor Fərman Məmmədov “Existence of solutions to the space-fractional degenerate nonlinear Schodinger equation with nonlinearity” mövzusunda plenar məruzə etmişdir

21-23 yanvar 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində  Online “İnternational Symposium on Applied Mathematics and Engineering” (İSAME 22) Biruni Universiteti və Bişka Bieni şirkəti tərəfindən Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda dünyanın 17 (Türkiyə, ABŞ, Portuqaliya, Azərbaycan, Hindistan, Böyük Britaniya, Çin, İran, İspaniya, Yunanıstan, Cənubi Afrika və Şimali İrlandiya Birləşmiş Krallığı) ölkənin alimlərinin plenar məruzələri dinlənilmişdir. 17 […]

Elmlərin sultanı – riyaziyyat

Dünya – riyaziyyat dilində yazılmış əzəmətli bir kitabdır… Qalileo Qaliley “Riyaziyyat – elmin müdrikliyinin rəmzidir, elmi ciddiyətin və sadəliyin nümunəsidir, elmdə mükəmməlliyin və gözəlliyin etalonudur”. 14 mart – Beynəlxalq Riyaziyyat Günü – dünya riyaziyyatçılarının bayramı ilə əlaqədar oxucuların diqqətinə çatdırmaq istədiyimiz düşüncələrimizi tanınmış riyaziyyatçı-alim A.V.Voloşinovun riyaziyyat haqqında söylədiyi bu dəyərli sözləri ilə başlamaq istərdik. İki […]