Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Professor Ramiz Aslanovu 75 yaşı münasibətilə təbrik edirik!

Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kəndində anadan olmuşdur. 1968-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) riyaziyyat ixtisası üzrə Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən İnstitutda müəllim, kafedra müdiri, İnstitutun qiyabi şöbəsi üzrə prorektor vəzifələrində işləmişdir. 1995-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin əyani doktoranturasına […]

27 mart tarixi “Elm günü” kimi qeyd olunur

Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir. “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. […]

ELAN

30 mart  2022-ci il saat 11:00-da  AMEA Riyaziyyat və Mexanika  İnstitutunun Akt zalında 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar institutun  Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin  təşkilatçığı ilə  tədbir keçiriləcək.  Tədbirdə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Kərəm oğlu Şükürov iştirak edacək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda BDU-nin Mexanika-Riyaziyyat fakültəsindəməruzə

AMEA-nın müxbir üzvü AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası”  şöbəsinin müdiri Qeylani Pənahov “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda Bakı Dövlət Universitetinin «Mexanika-Riyaziyyat» fakültəsində elmi seminarında məruzə ilə çıxış etmişdir. Çıxışda karbohidrogenlərin axın və süzülmələrində yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, bu istiqamətlərdə effektivliyi artırmaq üçün yaradılan yeni […]

AMEA Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları tanınmış alim, akademik Fəraməz  Maqsudovu Fəxri Xiyabanda məzarını ziyarət etdilər

2022-ci il  martın 18-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun məzarını ziyarət etdilər. Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Azərbaycan Respubli­kası Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Uni­versitetini […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 30 mart 2022-ci il tarixində saat 1200-da institutun akt zalında dosent Mahir Əliqulu oğlu Mehdiyevin  «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan […]