Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir

O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]

ELAN

Bilgəh (28.03 -11.04 — 180 AZN), Bilgəh (31.03 -14.04—250 AZN), Abşeron (16.03 — 150 AZN), Abşeron (07.03 – 21.03—150 AZN), Abşeron (28.03-11.04—150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı keçirildi

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirib. 2 mart 2022-ci il tarixində növbəti seminar keçirildi. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək qeyri-xətti diferensial tənliklər nəzəriyyəsində çox istifadə olunan “iti […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran  növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.  Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq […]

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası”mövzusunda məruzə etdi. Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi  üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və sonsuzluqdan budaqlanan […]

Azərbaycan Texniki Universitetində martın 2-də “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma” mövzusunda konfrans keçirilib

Konfransda Müdafiə Sənayesi Nazirliyi,  Milli Aerokosmik Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin əməkdaşları iştirak ediblər. Hərbi sahəsində ağıllı texnologiyalar, müasir hərbi texnika mühəndisliyi və kibertəhlükəsizlik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması məsələləri geniş müzakirə olunub. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində alim və tələbələrin mühəndis və hərbiçilərlə birlikdə təcrübə işlər aparılmasının […]