Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

09.03.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Nəsirəddin Tusinin “Evklidin şərhi”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” və digər riyazi əsərlərində riyaziyyat elminə gətirdiyi yeniliklərdən danışılacaq. © Bütün hüquqlar […]

ELAN

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirir. Seminar hər həftənin çərşənbə günləri  saat 12.00-da başlayır. Növbəti seminar  9 mart 2022-ci il tarixində keçiriləcəkdir. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış edəcəkdir(davamı). Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir

O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]

ELAN

Bilgəh (28.03 -11.04 — 180 AZN), Bilgəh (31.03 -14.04—250 AZN), Abşeron (16.03 — 150 AZN), Abşeron (07.03 – 21.03—150 AZN), Abşeron (28.03-11.04—150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı keçirildi

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirib. 2 mart 2022-ci il tarixində növbəti seminar keçirildi. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək qeyri-xətti diferensial tənliklər nəzəriyyəsində çox istifadə olunan “iti […]