Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Mexanika elmləri doktoru Elxan Abbasov “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda m.e.d. Elxan Abbasov  “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etdi. İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik itkisi və laya vurulan […]

ELAN

Cari ilin 19 yanvar tarixində “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda keçirilməli olan seminar müşavirə, 26 yanvar 2022-ci il tarixdə keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

20 Yanvar – Ümumxalq Hüzn Günü

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 yanvar 2022-ci il tarixli iclasında saat 1400-da Nigar Azad qızı Qədirlinin “Bəzi sinif diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi […]

ELAN

AMEA RMİ-nın Elmi Şurasının 20.12.2021-ci il tarixli (18 saylı prot.) Qərarına əsasən 14 yanvar 2022-ci il tarixində “Elm” qəzetində dərc olunmuş elanı nəzərə alaraq, aşağıda adları qeyd olunan əməkdaşlar müsabiqədən keçməlidirlər: Şöbə müdiri 1 “Diferensial tənliklər” Əkbər  Əliyev 2 “Tətbiqi riyaziyyat” Elxan Abbasov 3 “Kompüter texnologiyaları və riyazi statistika” Həsən Nağıyev 4 “Dalğa dinamikası” Nazilə […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 31 yanvar 2022-ci il tarixli iclasında  saat 1000-da Sevda Elxan qızı İsayevanın “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə Elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us02web.zoom.us/j/89303290807?pwd=bDN4WS8zb2xLWS9BSmYzZFcrWXUzQT09 Seminarın […]