Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Dalğa dinamikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulova “Yer qabığı strukturunun, zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulova “Yer qabığı strukturunun, zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda məruzə etdi. Təqlim edilən işdə, Azərbaycan Respuçlikasının müəyyən bölgəsində (Lənkəran r-u), zəlzələdə yaranan təkanların çox fərqli şəkildə baş verməsinin səbəbləri araşdırilmışdır. Bu bölgədə […]

ELAN

Abşeron (09.02-23.02 — 150 AZN), Abşeron (26.02-12.03 — 150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Magistraturaya sənəd qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 11 fevral 2022-ci il tarixli iclasında  saat 1100-da Miran İbrahim oğlu Ələsgərovun “Dəyişən dərəcəli Hardi siniflərində Riman sərhəd məsələləri və onun bazislik məsələlərinə tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us02web.zoom.us/j/7599600867?pwd=eHlyZHpXQkZDVENXOUtDT3c1c3VKUT09 Meeting […]

ELAN

11 fevral (cümə günü) saat 11.30-da “Cəbr və riyazi məntiq” şöbəsüinin növbəti seminarı keçiriləcək. MÖVZU: Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində silloqizm fiqurları haqqında. Məruzə Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində müqəddimələri kateqorik və modal təkliflərdən ibarət olan silloqizmlərə həsr edilmişdir. MƏRUZƏÇİ:   Əli Babayev © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Azərbaycan Milli Emlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirakı ilə Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik İbrahim İbiş oğlu İbrahimovun 110 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda Beynəlxalaq konfrans (29 iyun -1 iyul 2022-ci il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu) keçirir. © Bütün […]