Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Science” jurnalı 2021-ci ilin ən mühüm elmi kəşflərinin siyahısını dərc edib

Məlumata əsasən reytinqdə elm sahəsində 10 elmi kəşf yer alıb. Yeni koronavirus infeksiyasına qarşı peyvəndlər “ilin sıçrayışı” adlandırılır. Digər mühüm kəşf arxeoloji ərazilərin öyrənilməsi ilə bağlıdır. Mütəxəssislər mağara torpağından və milyon ildən çox yaşı olan fosil qalıqlarından nüvə DNT-sini necə çıxarmağı öyrəniblər. Tədqiqatçılar indi nəsli kəsilmiş növlər haqqında məlumatları daha ətraflı öyrənə bilərlər. Elmi sahədə […]

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarının nəticələri dünyada yüksək qiymətləndirilir

“Azərbaycanda son 18 ildə iqtisadi sahədə mühüm layihələr icra olunub, bunun nəticəsində böyük uğurlar əldə edilib. Ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı işlər görülüb, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində respublika ərazisindən keçən magistral yolların beynəlxalq standartlar […]

ELAN

02 fevral 2022-ci il tarixində saat 10.00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulova “Yer qabığı strukturunun, zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Təqlim edilən işdə, Azərbaycan Respuçlikasının müəyyən bölgəsində (Lənkəran r-u), zəlzələdə yaranan təkanların çox fərqli şəkildə baş verməsinin səbəbləri […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2022-ci ildə 3-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, AMEA ilə Slovakiya Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumu, […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

28 yanvar 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Nigar Azad qızı Qədirlinin “Bəzi sinif diferensial operatorların spektral  xassələrinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor […]

Dünyada əsrin sonuna qədər 1500 dil yox ola bilər

Avstraliya Milli Universitetinin alimləri müəyyən ediblər ki, 21-ci əsrin sonuna 1500 dil tamamilə istifadədən çıxa bilər. Alimlər qeyd ediblər ki, əgər müdaxilə olmasa, yox olacaq dil sayısı 3 qatına çıxa bilər. Hətta irəliləyən illərdə hər ay bir dilin yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacağı da gözlənilir. Ümumilikdə müəlliflər dillərin yox olma sürətinə təsir edən 51 […]