Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

23 fevral 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında Eldar Mehdi oğlu Abbasovun “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasında texnika elmləri doktoru elmi […]

Elmi seminarın növbəti iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 20 fevral 2023-cü il tarixində Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar  sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi üzrə Elmi seminarın […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

21 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda akademik Yusif Məmmədov “Akademik M.L.Rəsulovun çıxıqlar üsulu və onun tətbiq sahələri haqqında ”mövzusunda  məruzə ilə çıxış edib. Məruzədə çıxıqlar üsulu, onun digər üsullarla müqayisəli təhlili, tətbiq olunduğu və oluna biləcəyi məsələlər haqqında qısa məlumat […]

Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb

Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından […]

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində […]

ELAN

28 fevral 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların approksimasiya nəzəriyyəsinin müxtəlif məlum bərabərsizliklərinin (düz və tərs teoremlər) doğruluğunu və eynigüclülüyünü göstərməyə […]