Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” (“Nauka”) qəzetinin cari ildə ilk sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin 2022-ci ildə ilk sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşü, 2021-ci ildə […]

“Gədəbəyin alim qadınları” adlı kitabın təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar birliklərinin üzvü Etibar Nadiroğlunun həmmüəllif olduqları “Gədəbəyin alim qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev nəşr olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib […]

AMEA Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları tanınmış alim, akademik Zahid Xəlilovun Fəxri Xiyabanda məzarını ziyarət etdilər

Bu gün 2022-ci il yanvarın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri, riyaziyyat üzrə ilk elmlər doktoru, ilk akademik, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Zahid Xəlilovun məzarını ziyarət etdilər. Zahid İsmayıl oğlu Xəlilov 1911-ci […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 14 yanvar 2022-ci il tarixli iclasında saat 1400-da Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

14 yanvar 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Sarvan […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 12-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və aidiyyəti şəxslər […]