Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam olur

2 oktyabr 2021-ci il tarixində jurnalımızın Redaksiya Şurasının üzvü, görkəmli alim, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam oldu. Məhəmməd Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Vaqazina Azərbaycan (indiki […]

Himalay buzlaqları 40 il əvvəlkindən 10 dəfə tez əriyir

Yer kürəsinin 2 milyard sakini Himalay dağlarının buzlaqlarından asılıdır və yaxın gələcəkdə həmin insanlar içməli sudan məhrum ola bilərlər. Əsas səbəb isə Himalay buzlaqlarının sürətlə əriməsidir. Himalay dağlarının buzlaqları 700 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq son 40 il ərzində 10 dəfə daha sürətlə əriyirlər. Tədqiqatçılar əmindirlər ki, bunun əsas səbəbi iqlim dəyişiklikləridir. Himalay dağları 2500 km sahəni əhatə edirlər və […]

“Elm” (“Nauka”) qəzetinin yeni sayında 20 Yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 2-ci sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində “20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanan anlaşma memorandumu, AMEA-nın elmi müəssisə və təşkilatlarında  20 […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

21.01.2022 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər”, “Maye, qaz və plazma mexanikası”, “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Harmonik analizin müasir problemleri”, “Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi” və  “Örtüklər nəzəriyyəsi” fənnlərindən,  II kurs  tələbələri üçün isə “Funksiyaların Banax fəzaları”, […]

Qanlı Yanvardan Zəfərə aparan yol!

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və […]

Mexanika elmləri doktoru Elxan Abbasov “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda m.e.d. Elxan Abbasov  “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etdi. İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik itkisi və laya vurulan […]