Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

19.01.2022-сi il tarixində saat 11.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda m.e.d. Elxan Abbasov  “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda çıxış edəcəkdir. İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik […]

Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib

Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik […]

AMEA-nın doktorantura və dissertanturasında qış imtahan sessiyası başa çatıb

AMEA prezidentinin 01 dekabr 2021-ci il tarixli 555 nömrəli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-da 07-27 dekabr 2021-ci il tarixlərində qış imtahan sessiyası çərçivəsində ixtisas fənni üzrə doktorluq imtahanları keçirilib. Fəlsəfə və elmlər doktoru üzrə ixtisas imtahanları AMEA-nın 24 elmi müəssisəsində təşkil olunub. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının müşahidəçi […]

“Elm” (“Nauka”) qəzetinin cari ildə sonuncu sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə sonuncu, 48-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Şuşa şəhərinə səfəri yer alıb. Bundan əlavə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Prezident çinarlığı”nda Şərq çinarı əkməsi, Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin akademik Ramiz Mehdiyevə ünvanladığı təbrik […]

Fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Ağalarov “Çevik rabitələr” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f-r.e.d. Cəfər Ağalarov “Çevik rabitələr” mövzusunda məruzə etdi. İşdə çevik rabitələrdə zərbə məsələlərinə baxıldı. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Milli həmrəyliyin təntənəsi

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbədən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü fərqli şəkildə, daha yüksək əhvali-ruhiyyə, ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu əlamətdar bayramın özündə daşıdığı milli həmrəylik anlayışı İkinci Qarabağ savaşında möhtəşəm zəfərimizi şərtləndirdi, xalqımızı bir yumruq kimi birləşdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdirdi və uzun illər ürəklərdə kök salan […]