Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika-riyaziyyat elmləri namizədi Rəsulov Mübariz “Elastodinamika məsələlərinin həllində yeni üsulların tətbiqi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f-r.e.n. Rəsulov Mübariz “Elastodinamika məsələlərinin həllində yeni üsulların tətbiqi” mövzusunda məruzə etdi. İş elastodinamika məsələlərinin həllində tətbiq olunan inteqral çevrimələrinin tapılmasının yeni üsullarına həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Əziz Sancarın ona Nobel mükafatı qazandıran kəşfləri: Mexanik DNT Bərpası

İsveç Kral Elmlər Akademiyası 2015-ci il kimya üzrə Nobel mükafatına isveç və amerikalı iki alimlə yanaşı, türk professor Əziz Sancarın layiq görüldüyünü elan edib. Şimali Karolina universitetində çalışan professor Əziz Sancar, Britaniyada Ser Fransis Krik İnstitutundan Tomas Lindahl, ABŞ-ın Dyuk universitetindən Pol Modriç hər biri ayrı-ayrılıqda DNK-nın bərpa mexanizmi üzərində uzun illər tədqiqat aparıblar. Nobel […]

Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatı təqdim olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunda  Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov şöbələrdə il ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər və kadr hazırlığı haqqında geniş məlumat verib. Sonda hesabatla bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. © Bütün hüquqlar […]

Doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistraturasında təhsil alan tələbələrin təqaüdləri artırılıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram: “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 27 dekabr 2021-ci il tarixli iclasında  saat 1600-da Şərif Məmməd oğlu Nəsibovun “Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə Elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us02web.zoom.us/j/83095956299?pwd=K1NIZGhlM2dQK1NnU1ArY0Q0SzFVUT09 Parol: 646414 Seminarın elmi katib f-r.e.n., […]

ELAN

22 dekabr 2021-ci il tarixində saat 10.00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA-nın Həqiqi üzvü, professor Asəf Hacı oğlu Hacıyev “Dahi Kolmogorovla bağlı müxtəlif maraqlı hadisələr və əhvalatlar” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Müəllif 15 ildən çox M.V.Lomonosov adına Moskva Dövlət universitetində akademik A.N.Kolmogorovun yaratdığı və rəhbərlik etdiyi Ehtimal nəzəriyyəsi kafedrasında və […]