Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

15 dekabr 2021-ci il tarixində saat 10.00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.d., professor Ələddin Xalıqverdi oğlu Şəmilov “Entropiyanın optimallaşdırılmasının ümumiləşmiş metodları və onların tətbiqləri” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə entropiyanın optimallaşdırılmasının ümumiləşdirilmiş metodları və onların tətbiqləri təklif olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

ELAN

15.12.2021-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” şöbəsinin seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova Nazilə “Müstəvi elastodinamika məsələlərinin yeni bircins həllər sinfi” mövzusunda çıxış edəcəkdir. İş bir çox elastodinamika məsələlərinin həll edilməsində müstəsna rol oynayan yeni növ bir ölçülü bircins həllər sinfinin tapılmasına həsr olunur. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

ELAN

17 dekabr (cümə günü) saat 11.30-da “Cəbr və riyazi məntiq” şöbəsüinin növbəti seminarı keçiriləcək. MÖVZU: Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsəri haqqında. Məruzə Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu”  əsərində hesab elminə gətirdiyi yeniklərə həsr edilmişdir. MƏRUZƏÇİ:   Əli Babayev © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 17 dekabr 2021-ci il tarixli iclasında  saat 1400-da Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluq meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa […]

“Elm” qəzetinin xüsusi buraxılışı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin Rusiya Elmlər Akademiyasının (REA) prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb. Qəzetdə Rusiya Elmlər Akademiyasının rəhbərliyinin Prezident İlham Əliyevlə görüşü, REA nümayəndə heyətinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, Rusiya Elmlər Akademiyasının prezidentinin Azərbaycan elmi […]

ELAN

08 dekabr 2021-ci il tarixində saat 12:00-da “Tətbiqi riyaziyyat” şöbəsinin seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Qabil Qəribxan oğlu Əliyev “Fiziki və kimyəvi xassələrdəki dəyişikliklərin təsirini nəzərə alaraq polimer material üçün ümumiləşmiş Huk qanunu” mövzusunda çıxış edəcəkdir. İşdə polimer borularda qatların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişilməsini nəzərə alaraq deformasiya və kontakt gərginliklər təyin edilmişdir. Aqressiv mühitdə işlədilən boruların […]