Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 17 dekabr 2021-ci il tarixli iclasında  saat 1400-da Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluq meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa […]

“Elm” qəzetinin xüsusi buraxılışı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin Rusiya Elmlər Akademiyasının (REA) prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb. Qəzetdə Rusiya Elmlər Akademiyasının rəhbərliyinin Prezident İlham Əliyevlə görüşü, REA nümayəndə heyətinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, Rusiya Elmlər Akademiyasının prezidentinin Azərbaycan elmi […]

ELAN

08 dekabr 2021-ci il tarixində saat 12:00-da “Tətbiqi riyaziyyat” şöbəsinin seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Qabil Qəribxan oğlu Əliyev “Fiziki və kimyəvi xassələrdəki dəyişikliklərin təsirini nəzərə alaraq polimer material üçün ümumiləşmiş Huk qanunu” mövzusunda çıxış edəcəkdir. İşdə polimer borularda qatların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişilməsini nəzərə alaraq deformasiya və kontakt gərginliklər təyin edilmişdir. Aqressiv mühitdə işlədilən boruların […]

Riyaziyyat və Mexanika İnstitutunda 2020-2021-ci il Riyaziyyat üzrə fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib

03.12.2021-ci il Riyaziyyat və Mexanika İnstitutunda bir qrup fənn olimpiada iştirakçıları ilə görüş keçirilib. Görüşdə institutun baş direkrotu professor Misir Mərdanov, institutun şöbə müdirləri və qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədlərdən biri onların […]

Elmi seminarın növbəti iclası keçirildi

02 dekabr saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Nigar Azad qızı Qədirlinin “Bəzi sinif diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]

ELAN

10 dekabr (cümə günü) saat 12.00-da “Cəbr və riyazi məntiq” şöbəsüinin növbəti seminarı keçiriləcək. MÖVZU: Nəsirəddin Tusinin “Evklidin şərhi” (Təhriri-Öqlidis)  əsəri haqqında. Məruzə Nəsirəddin Tusinin “Evklidin şərhi” əsərindəki qeydlərinə və Tusinin bu əsərdə həndəsə elminə gətirdiyi yeniklərə həsr edilmişdir. MƏRUZƏÇİ:   Əli Babayev © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.