E L A N

23.02.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d Ömərova Mehriban Nazım qızı “Multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzəsinin davamı olacaqdır.

Məruzədə multixətti sinqulyar və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu haqqında danışılacaq. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarının düz hasilində multixətti Kalderon-Ziqmund və Riss potensial operatorlarının məhdudluğu müzakirə ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Elmi şuranın iclası keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyevaya 2002.01-“Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adın verilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

Sonra institutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumat verilib. On altı dissertantın attestasiyası keçirilib.

İclasda həmçinin institutun magistraturasında təhsil alan on iki magistrın attestasiyası da keçirilib. II kurs magistrlərin elmi-tədqiqat və elmi-pedaqoji təcrübə (4 həftəlik) keçmələri məsələsinə baxılıb.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Qurbanov Vəli Məhərrəm oğlu “Diferensial operatorların məxsusi funksiyaları üzrə spektral ayrılışların yığılması” mövzusunda məruzə edib.

Məruzədə matris əmsallı dördüncü (üçüncü) tərtib adi diferensial operatorun məxsusi funksiyalar sistemi üzrə ortoqonal ayrılışların parçada mütləq və müntəzəm yığılması və müntəzəm yığılma sürətinin qiymətləndirilməsi haqqında məlumat vermək nəzərdə tutulur.

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

22.02.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Hiperbolik tip tənlik üçün tərs məsələlərin ədədi həlli” mövzusunda məruzə edəcək.

Məruzədə sağ tərəfdə naməlum əmsallı hiperbolik tip tənlik üçün tərs məsələlərə baxılır. Məsələlərin ədədi həlli üçün düz xətlər üsuluna əsaslanan yanaşma təklif olunur. İlkin məsələ naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilir. Bu sistemi həll etmək üçün qovma üsuluna analoji üsul təklif olunur (davamı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı onlayn seminarlar keçiriləcək

Fevral ayının 19-dan 28-dək “Clarivate Analytics” şirkətinin “Web of Science” platforması tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlar keçiriləcək.

Seminarlarda “Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm?”, “Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir?”, “Elmi məqalələrə olan tələblər hansılardır?”, “Yırtıcı jurnallarda nəşr olunmaqdan necə qorunmaq olar?” və digər mövzularda müzakirələr aparılacaq.

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlarda qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Mənbə: www.elm.az

 

Elmi şuranın  iclası keçiriləcək

21.11.2017-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçiriləcək. İclasda aşağıdakı məsələlər müzakirə ediləcək:

  • “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyevaya 2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisası üzrə dosent elmi adın verilməsi haqqında;
  • Fəlsəfə doktoru hazırlığı üzrə dissertant Dünya Fərəclinin ikinci elmi rəhbəri dosent Mehdi Balayevin rəhbərlikdən azad edilməsi haqqında;
  •  Magistrlərin attestasiyası (12 nəfər);
  •  II kurs magistrlərin elmi-tədqiqat və elmi-pedaqoji təcrübə (4 həftəlik) keçmələri haqqında;
  • Riyaziyyat və Mexanika İnstitutunun magistraturasında tədris olunan “Fənn Proqramlarının” təsdiqi haqqında;
  •  Dissertantların attestasiyası (16 nəfər).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.