Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə etdi. Məruzədə H Hilbert fəzasında ikinci tərtib elliprik diferensial-operator tənlik üçün kompleks parametr tənliyə və sərhəd şərtlərindən birinə daxil olduqda […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında biofiziki metodların tibbə tətbiqinə dair elmi nəticələr müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Öncə AMEA-nın […]

Görkəmli alim, həndəsə və topologiya üzrə tanınmış mütəxəssis, uzun illər Rusiya EA V.A.Steklov adına Riyaziyyat İnstitutunda çalışmış fizika-riyaziyyat elmləri doktoru, professor Arkadi Anatolyeviç Maltsev 10 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi Azərbaycanda topologiya elminin inkişafında böyük rolu olmuş fizika-riyaziyyat elmləri doktoru, professor Arkadi Anatolyeviç Maltsevin vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. AZƏRTAC xəbər verir ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 39-cu nömrəsi işıq üzü görüb. “Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan qəzetin ilk səhifəsində Ali Baş Komandan İlham Əliyevin Şuşada hərbçilərimiz qarşısında çıxışı və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan […]

12 noyabr – Konstitusiya Günüdür

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil […]