Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

01 oktyabr 2021-ci il AMEA  Riyaziyyat və Mexanika İnstitutunun dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələnin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi […]

FRTEB-in Ümumi yığıncağında enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib. Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin baş direktorları və icraçı direktorları, el­mi katibləri, təhsil, icti­maiy­yət­lə əlaqələr və beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin rəh­bər­lə­ri, eyni zamanda mavafiq dövlət qurumlarının nümayəndələri və nazirliklərin nəzdində fəaliyyət göstərən elmi müəssisə və […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

30 sentyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda : AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Səadət Bayram  qızı  Heydərovanın “Hilbert fəzasında üç tərtibli operator əmsallı tənliklər üçün sonlu oblastda bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Riyazi fizika tənlikləri” və “Diferensial tənliklər” şöbələrinin birgə iclasında  AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Samirə Oqtay qızı Rüstəmovanın  “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələnin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda yeni tədris ili başlanmışdır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 №-li Qərarına əsasən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2021/2022-ci tədris ilinin payız semestri üzrə əyani formada ilk dərsləri keçirilmişdir. Hal-hazırda İnstitutun magistraturasında  “Riyazi analiz ” , “ […]

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə edib

29 sentyabr 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsini baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə edib. Məruzədə Hausdorf operatorunun xüsusi halı üçün çəkili Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılır. Baxılan çəki funksiyalarının monoton olan halına baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]