Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mediterranean Journal of Mathematics” (https://www.springer.com/journal/9) 1.400  yüksək impakt faktorlu  Q2 kateqoriyalı jurnalda dərc edilib. […]

FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb

Oktyabrın 3-də tanınmış alim, Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) müxbir üzvü Misir Mərdanovun 75 yaşı tamam olur. Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan Res­pub­likasının Göyərçin […]

AMEA-nın müxbir üzvü Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edirik!

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 yaşı tamam olur. Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat […]

M.C.Mərdanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 oktyabr 2021-ci il Mənbə: http://president.az © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 33-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti yer alıb. Nəşrin növbəti səhifələrində AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 27 sentyabr – Anım Günü ilə bağlı Akademiya kollektivinə müraciəti, AMEA nümayəndələrinin Minskdə beynəlxalq elmi-praktik […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 1-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Tofiq Nağıyev, Arif Həşimov, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya […]