Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda yeni tədris ili başlanmışdır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 №-li Qərarına əsasən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2021/2022-ci tədris ilinin payız semestri üzrə əyani formada ilk dərsləri keçirilmişdir. Hal-hazırda İnstitutun magistraturasında  “Riyazi analiz ” , “ […]

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə edib

29 sentyabr 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsini baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə edib. Məruzədə Hausdorf operatorunun xüsusi halı üçün çəkili Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılır. Baxılan çəki funksiyalarının monoton olan halına baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Elmi seminarın növbəti iclası keçirildi

28 sentyabr 2021-ci il saat 1200-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. Sevinc Bakir qızı Quliyevanın “Ox üzrə və izləmə qüvvələrinin təsiri altında olan milin eninə rəqslərinə uyğun diferensial tənliyin məxsusi funksiyalarının xassələri” […]

Elmi seminarın növbəti iclası keçirildi

28 sentyabr 2021-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində BFD 3.04 birdəfəlik dissertasiya şurasının iclasında Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinə rəsmi opponentlərin təyin edilməsi müzakirə edildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılovu 50 yaşı münasibəti ilə təbrik edirik!

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, respublikamızda və onun hüdudlarından kənarda riyaziyyat elminin inkişafına qiymətli töhfələr vermiş Vüqar İsmayılovun anadan olmasının 50 ili  tamam olur. Vüqar Elman oğlu İsmayılov 26 sentyabr 1971-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1988-1993 cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1995-1998-ci illərdə […]

AMEA alimin məqaləsi yüksək impact faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Tahir Hacıyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://jmi.ele-math.com/) 1.225yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib. “Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər”adlı məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri […]