Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ümuminstitut seminarında AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış edib

22 sentyabr 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında İnstitutun direktoru, “Optimal idarəetmə” şöbəsinin müdiri, f.r.e.d., professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə sadə variasiya məsələsinə baxılıb. Məlum Veyerştras və Laqranj şərtləri cırlaşdığı halda baxılan məsələnin həlli üçün yeni zəruri şərtlər haqqında […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun BFD 3.04 birdəfəlik dissertasiya şurasının nəzdində elmi seminarın iclasında (əyani, eyni zamanda distant şəkildə) 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiə üçün növbəti mərhələyə […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 22 sentyabr 2021-ci il tarixli iclasında saat 1300 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin  bəzi məsələləri və onların tətbiqləri” […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun növbəti elmi seminarında (22 sentyabr saat 1100 –da) AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə variasiya məsələsinə baxılır. Məlum Veyerştras və Laqranj şərtləri cırlaşdığı halda baxılan məsələnin həlli üçün yeni zəruri şərtlər haqqında məlumat verilir. Bu şərtlərin alınmasında […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 22 sentyabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun GÜNDƏLİYİ  AMEA RMİ-nın I kurs magistrlərin 2020-2021-ci tədris ilinin yaz semester və yay imtahan sessiyasına dair nəticələrin qiymətləndirilməsi (6 nəfər). AMEA RMİ-nın magistraturasında plan üzrə tədris olunan dərslərin “Fənn proqramlarının” və Dərs cədvəlinin təsdiqi. AMEA RMİ-nın dissertantı Xəyyam Bədəlovun […]

2020-ci ildə doktoranturaya xarici dil üzrə qəbul imtahanı vermiş iddiaçılar elektron arayış əldə edə bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş, 29.01.2021-ci il tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, doktoranturaya qəbul zamanı xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən keçid balını (35 və ya daha yüksək bal) toplamış iddiaçılar […]