Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin 23 sentyabr 2021-ci il tarixində saat 1100-da keçirilmiş birgə iclasında dosent İlqar Şikar oğlu Cabbarovun “Çoxqat triqonometrik inteqrallar üzrə tədqiqatlar” mövzusunda 1205.01 – Riyazi məntiq və ədədlər nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq çıxış […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 24 sentyabr 2021-ci il tarixli iclasında saat 1400-da Azad Məmməd oğlu Bayramovun “Ştrum-Liuvill tipli operatorların məxsusi ədədlərinin asimptotikası və izlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  22 sentyabr 2021-ci il tarixində saat 1300 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin  bəzi məsələləri və onların tətbiqləri” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. […]

22 sentyabr 2021-ci il AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirilib. Tədbiri İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Elmi şura üzvlərini gündəlikdəki duran məsələlərlə tanış edib. Tədbirdə, AMEA RMİ-nın I kurs magistrlərin 2020-2021-ci tədris ilinin yaz semester və yay imtahan sessiyasına dair nəticələrin qiymətləndirilməsi (6 nəfər) nəzərdən keçirildi. AMEA RMİ-nın […]

Ümuminstitut seminarında AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış edib

22 sentyabr 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında İnstitutun direktoru, “Optimal idarəetmə” şöbəsinin müdiri, f.r.e.d., professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə sadə variasiya məsələsinə baxılıb. Məlum Veyerştras və Laqranj şərtləri cırlaşdığı halda baxılan məsələnin həlli üçün yeni zəruri şərtlər haqqında […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun BFD 3.04 birdəfəlik dissertasiya şurasının nəzdində elmi seminarın iclasında (əyani, eyni zamanda distant şəkildə) 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiə üçün növbəti mərhələyə […]