Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Koronavirusa görə insan sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib. Onun sözlrinə görə koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. […]

Azərbaycanlı alimlərin növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən Q1 kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub. “Taylor & Francis”ə məxsus 4,853 impakt faktorlu dərginin son saylarında işıq üzü görən məqalə […]

Elmin İnkişafı Fondu 2-ci Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) Azərbaycan və Türkiyə alimlərini birgə beynəlxalq qrant müsabiqəsinə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir. 2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə […]

“QARABAĞ – Zəfərə Gedən Yol” adlı beynəlxalq konfrans keçiriləcək

2021-ci il avqustun 27-də  İsveçin Göteborq şəhərində “QARABAĞ – Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, ELGER Beynəlxalq Elm Mərkəzi, Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və İsveçin Göteborq Universitetinin dəstəyi ilə onlayn formatda təşkil olunacaq. […]

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə radiasiya təhlükəsizliyi üzrə milli monitorinq sisteminin yaradılması üçün elmi-texnoloji potensialı səfərbər etməliyik”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Böl­­məsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Radiasiya Problemləri İns­ti­tu­tunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üz­vü İslam Mustafayevin “Azərbaycanda ra­­diasi­ya təh­lü­kə­sizliyi: müasir çağırışlar, mövcud elmi-tex­niki potensial və onun artırılması yolları” möv­zu­sun­da elmi məruzəsi dinlənilib. Alim vurğulayıb ki, XX əsrin ortalarından başlayaraq dünyada Atom energetikasının və ra­­diasi­ya texnologiyalarının sürətli inkişafı […]

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir

Bu ilin ilk yarısında ölkədə 39 milyard 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri- neft-qaz sektorunda 5,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub. Sənaye müəssisələri və bu […]