Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında ölkə başçısının Fərmanı yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Dendrologiya İnstitutuna və Akademiyanın Yüksək Texnologiyalar Parkına səfərləri, “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres, “Azərbaycan Respublikasının Ailələrə dair 2021-2030-cu illər üçün […]

ÜST: Azərbaycanlı alimin hazırladığı peyvənd klinik sınaqlardan keçərsə, istehsalı mümkün ola bilər

“Hazırda insanlar üzərində sınaqdan keçirilən 100-dən çox peyvənd var”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, daha kliniki sınağa gəlməmiş, laboratoriya sınaqlarında olan 180-ə yaxın vaksin var: “Bu vaksinlərdən biri də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən tütündən hazırlanan peyvənddir. Bu peyvənd sınaq […]

Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub

İyulun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər. Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb. Sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov gündəlikdə duran elmi-təşkilati məsələlər barədə məlumat verib. Əvvəlcə AMEA-nın müxbir […]

Ömrünü elm və təhsilə həsr edən alim, Professor Vaqif Hacıyev -80!

Deformasiya olunan bərk cism mexanikası və Örtüklər nəzəriyyəsi sahəsində Sovet və Azərbaycanın tanınmış alimi Vaqif Camal oğlu Hacıyev, fizika-riyaziyyat elmləri doktoru, professor,  Azərbaycan Milli Elmlər Akadamiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hacıyev Vaqif Camal оğlu 17 iyun 1941-ci ildə Azərbaycan Respublikası Füzuli rayоnunun Qarğabazar kəndində anadan оlmuşdur. 1948-ci ildə B. Sərdarоv adına оrta məktəbin […]

İqtisadiyyatda yeni mərhələ: Qarabağ iqtisadiyyatı dövriyyəyə qayıdır

Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb. Ölkə Prezidentinin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə müvafiq Sərəncamında […]

İnsan beyni zamana səyahət edə bilir

Fransa və Niderlanddan olan alimlər hesab edirlər ki, beynin xaricdən təsir edilə bilməyən daxili zaman axını var. Bu barədə tədqiqatçıların elmi işləri “Journal of Neuroscience”də yayımlanıb. Bir qrup elm adamı nəzəriyyələrini sınamaq üçün, invaziv elektrod implantları tələb edən dərmana davamlı epilepsiya xəstələrinin beyinlərini araşdırıblar. Təcrübə nəticəsində alimlər insan beyninin şüurumuzda zaman keçidi sayəsində meydana gələn […]