Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər bilikləri bir başa beyinə yazmağı yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər. Bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi kəşflərdən biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər. […]

Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək

17,18 iyun 2021-ci il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz”, “Riyazi fizika”, Optimallaşdırma və optimal idarəetmə”, “Hesablama diaqnostikası” və “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” ixtisaslarından 9 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom proqramı ilə onlayn rejimdə iclası keçiriləcək. İclasda  AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun rəhbərliyi […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 18 iyun 2021-ci il tarixli iclasında saat 11 00-da Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sonsuzluqdan qlobal bifurkasiyası” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin […]

Ümuminstitut seminarında riyaziyyat elmləri doktoru Rəşid Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə edib

16 iyun 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə etmişdir. R.Əliyev məruzəsində ridge funksiyaları haqqında ətraflı məlumat vermiş, çoxdəyişənli funksiyaların ridge funksiyaları ilə approksimasiyalarının kompüter tomoqrafiyasına, riyazi statistiskaya, habelə […]

ELAN

16 iyun 2021-ci il saat 11.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Çoxdəyişənli funksiyaların ridge funksiyaları ilə approksimasiyalarının kompüter tomoqrafiyasına, riyazi statistiskaya, habelə maliyyə, tibb, maşınqayırma, geologiya, fizika, proqnozlaşdırma, təsnifat və idarəetmə məsələlərində geniş istifadə olunan […]

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar. Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının […]