Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi dərəcə alanların yaş qrupları üzrə statistikası açıqlanıb

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alan iddiaçıların yaş qrupları üzrə statistikası açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, fəlsəfə doktoru elmi dərəcəsi alanlardan yaşı 35-dək olanlar 135 nəfər, 35-50 yaş arası olanlar 308 nəfər, yaşı 50-dən yuxarı olanlar isə 83 nəfərdir. azertag.az

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi 2023-cü il üzrə fəaliyyətinə dair hesabat verib

AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin Ümumi yığıncağının üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, […]

ELAN

24.01.2024-cü il tarixində saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Omarova Mehriban Nazim qızı “Orliç-Morri tipli fəzalarda inteqral operatorların tədqiqi və xüsusi törəməli diferensial tənliklərə tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və onların kommutatorlarının ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu və bəzi tətbiqləri müzakirə olunacaqdır. © Bütün […]

ELAN

24 yanvar 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Qeyri harmonik analiz” şöbələrinin birgə iclasında Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qrupunda təyin olunmuş kəsr maksimal və kəsr inteqral operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə […]

Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib

Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb. Bu irimiqyaslı işin yerinə yetirilməsinə 3 gün vaxt sərf edilib. Mütəxəssislər neyron şəbəkəsinə batareya üçün nəzərdə tutulmuş materialların yaradılması tapşırığını veriblər. Lakin yaradılacaq materialların tərkiblərində litium az miqdarda olmalı idi. İlk növbədə neyron şəbəkəsi […]

Bu gün “Vikipediya”nın yaradılmasının 23 ili tamam olur

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 23 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin inzibatçısı Eldar Əzimov  bildirib ki, “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 326 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən […]