Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər suyu bir dəqiqəyə arsendən təmizləyən nanokompozit yaradıblar

Tomsk Politexnik Universitetinin (TPU) alimlərinin bir neçə dəqiqə ərzində suyu zəhərli arsenikdən təmizləmək üçün nanokompozit hazırlayıblar. Yeni nanokompozitin ölçüsü 100 nanometrə qədər olan bir neçə materialdan ibarətdir. Komponentlərə maqnit dəmir oksidi və qrafen daxildir. Maqnetit əvvəllər universitetdə hazırlanmış qrafen oksidin səthində uğurla alınıb. Bu yeni material ağır metal ionlarını, üzvi boyaları və mikroorqanizmləri adsorbsiya etmək […]

ELAN

20 dekabr 2023-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda Azərbaycan Neft və Sənaye Universitetinin fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Lokal kompakt qruplarda ehtimal ölçülərinin A-ergodikliyi haqqında” mövzusu ilə çıxış edəcək. Məruzə lokal kompakt qruplarda iki ölçünün ümumiləşmiş bürünməsinin ergodikliyinin araşdırılmasına həsr […]

Azərbaycanlı alimlərin elmi əsəri “Springer” nəşriyyatına daxil olan jurnalda dərc edilib

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə “Springer” nəşriyyatına daxil olan “International Applied Mechanics” impakt faktorlu jurnalda çap olunub. AZƏRTAC xəbər verir ki, məqalə “Kəsiklə kontaktdan yaranan qeyri-bircins qalıq gərginliklərin ikiqat içiboş silindrdə oxasimmetrik boyuna […]

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan […]

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür

2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir. Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz […]

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı […]