Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Elmi tədqiqat işlərimizi uğurla davam etdirməklə Abel mükafatı kimi nüfuzlu mükafatlara namizəd ola bilərik”

3 oktyabr 2021-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun anadan olmasının 75 ili tamam olub. AMEA-nın müxbir üzvü Misir Mərdanov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” […]

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib

Mayın 8-də AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə düşünülmüş siyasət  və çoxşaxəli qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verir. […]

AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üzrə yaradılmış komissiyanın iclası keçirilib

AMEA prezidentinin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib. İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, komissiyanın sədri – professor İlham Məmmədzadə, üzvləri – professorlar İzzət Rüstəmov, Qoşqar Əliyev və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov iştirak edib. Tədbirdə […]

ELAN

AMEA Riyaziyyat və Mexanika Institutunda 21 dekabr 2019-cu il saat 11:30-da AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir. Qoşqar Teymur oğlu Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı, fizika- riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. […]

Misir Mərdanov: “Vəsiyyət edərdim ki, başdaşımın üzərinə bu kitablarımın şəkli vurulsun”-MÜSAHİBƏ

AzEdu.az  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla  müsahibəni təqdim edir: -Misir müəllim, hər zaman elm və təhsilin inteqrasiyasının vacibliyindən danışmışınız. Bu tandem  rəhbəri olduğunuz institutun nümunəsində necə təcəssüm olunur? –Bu yaxınlarda institutumuzun 60 yaşı tamam oldu. Burada hər zaman elm və təhsil  paralel şəkildə inkişaf etdirilib. Elmi-tədqiqat institutu olduğumuz […]

Akademik Əşrəf Hüseynovun anadan olmasının 111 ili tamam olur

Sentyabrın 20-də müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, görkəmli riyaziyyatçı alim, qayğıkeş müəllim, yüksək insani keyfiyyətlərə malik humanist insan, elm və təhsil təşkilatçısı akademik Əşrəf Hüseynovun anadan olmasının 111 ili tamam olur. Akademik Əşrəf Hüseynov Azərbaycanda və Keçmiş Sovetlər birliyində sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi kimi tanınırdı. Əşrəf İsgəndər oğlu Hüseynov 1907-ci […]

Faydalı linklər