08/12/2023
Qarayev Tərlan Zəfər oğlu 8 dekabr 1963-cü ildə Azərbaycan Respublikası, Göyçay rayonunda anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsində təhsil almışdır.1992-1995-ci illərdə Azərbaycan Milli ordusunda hərbi xidmət edib. Qarabağ müharibəsi veteranıdır. 2013-cü ildə “Defekt bazislər və onların tətbiqləri”mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiysı müdafiə etmişdir. Elmi fəaliyyəti dövründə Banax fəzasında sonsuz defektə […]
07/12/2023
Peyvəndlər ultrasəs istifadə edərək dəri vasitəsilə tətbiq oluna bilər. Bu üsul dəriyə zərər vermir və ağrılı iynələrə ehtiyacı aradan qaldırır. Oksford Universitetindən Darcy Dann-Laules və həmkarları iynəsiz peyvəndi yaratmaq üçün peyvənd molekullarını zülallarla qarışdırıblar. Daha sonra maye qarışığı siçanların dərisinə tətbiq ediblər və ultrasəsə məruz qoyublar. Əvvəlcə ultrasəs qarışığı dərinin yuxarı təbəqələrinə daxil olub, burada […]
07/12/2023
Windows 10-un həyat dövrü artıq sona yaxınlaşır. Microsoft öz növbəsində sözügedən əməliyyat sisteminin aqibəti barəsində məlumat verib. Şirkətin verdiyi məlumata əsasən Windows 10-un rəsmi dəstəyinin yekunlaşacağından sonra ondan istifadə etməyə davam edəcək istifadəçilər əməliyyat sistemi üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənmələrini əldə edə biləcəklər. Lakin bunun üçün istifadəçilər ödəniş etməli olacaqlar. Yəni Windows 10-un rəsmi dəstəyinin bitməsindən sonra […]
06/12/2023
Hörmətli həmkarlar! Dekabırın 13-də 2023-cü il tarixində saat 10⁰⁰ – da, institutun Akt zalında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 2023-cü il üzrə illik hesabatı təqdim edəcəkdir. Hesabatda AMEA-nın vitse prezidenti akademik Rasim Əliquliyev və Elm və Təhsil Nazirliyinin nümayəndəsi iştirak edəcəklər. İnstitutun şöbə müdir və əməkdaşlarının […]
06/12/2023
Yaponiya mühəndisləri saniyədə 22,9 petabit sürətə malik optik liflə məlumatların ötürülməsi rekordunu yeniləyiblər. Bu göstərici bütün dünyadakı saniyə üzrə internet trafikindən 20 dəfə çoxdur. Bu, əvvəlki – saniyədə 10,66 petabit olan dünya rekordundan düz iki dəfə artıqdır. Saniyə üzrə qlobal internet trafiki bir saniyədə qlobal internet şəbəkəsi boyunca ötürülən ümumi məlumatların məcmusudur. Buraya veb-səhifələrinə baxmaq, […]
06/12/2023
06.12.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi f-r.e.d. professor Fərman Məmmədov “Kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi” mövzusunda məruzə etdi. Məruzədə kiçik həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün […]