Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün açılış mərasimi keçirilib. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq üçüncü ildir ki ənənəvi […]

İsrailli neyrofizioloqlar insan şüurunu saxlamağın sirrini açıblar

İsrailli nevroloqlar insan beynində neyronların təəccüblü xüsusiyyətlərini aşkar ediblər və onların fikrincə, bu xüsusiyyət şüurun saxlanmasında əsas rol oynayır. “Neprosto.fun” nəşri  xəbər verir ki, onlar retikulyar formasiya kimi tanınan ərazidə yerləşir – bu, insan beyninin fəaliyyətinin bir çox aspektlərinə işıq sala biləcək əhəmiyyətli kəşfdir. Alimlər hesab edirlər ki, retikulyar formasiyadakı iri sinir hüceyrələri sinir sisteminin […]

Elm və təhsil naziri media üçün brifinq keçirib

Noyabrın 30-da Elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində 2024-cü ilin sentyabr ayının 15-dən 800 – 1000 tələbənin təhsil alması planlaşdırılır. İlkin olaraq 30-40 nəfərdən ibarət akademik və köməkçi heyətin cəlbi nəzərdə tutulur. Qarabağ Universitetində SABAH qruplarının da təşkili […]

Riyaziyyat və Mexanika  İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib

01 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika  İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib. “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar. Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovla görüşüblər. Görüşdə Eldar Qocayev […]

E L A N

06.12.2023-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarında  “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, f-r.e.d. professor Fərman Məmmədov “Kiçik  həddi qradiyentdən asılı olan elliptik tənliklər üçün bəzi məsələlərin varlıq və yeganəliyi” mövzusunda məruzə edəcək. Məruzədə kiçik həddi qradiyentdən asılı olan elliptik […]

Kosmosda “mükəmməl Günəş sistemi” və 6 yeni planet tapılıb

Tədqiqatçılar bizim müxtəlif ölçülü planetlərin qaynar nöqtəsinə çevrilən şiddətli toqquşmalar olmadan qurulmuş “mükəmməl Günəş sistemi” aşkar ediblər. Məlumata əsasən  100 işıq ili uzaqlıqda yerləşən bu sistemdə təxminən eyni ölçüdə altı planet var və onlar 12 milyard il əvvəl meydana gəldiyindən bəri demək olar ki, dəyişməyiblər. Bu kəşf qalaktikaların necə əmələ gəlməsini və onlarda həyatın olub-olmadığını […]