Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır

İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir. Belə ki, həmin işçilərin işləri süni zəka əsaslı funksiyalar vasitəsilə artıq avtomatlaşdırılıb. Hələ bir neçə müddət bundan öncə Google süni zəka əsaslı yeni reklam dövrünə qədəm qoydu. Bu isə öz növbəsində reklam verənlər ilə şirkət arasındakı qarşılıqlı əlaqəni daha da yaxşılaşdırmalıdır. […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

27.12.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov “Potensial tip inteqralların kəsilməzlik və hamarlıq xassələri” mövzusunda  məruzə ilə çıxış edib. Məruzədə ümumiləşmiş Riss potensiallarının və loqarifmik potensialların funksiya kimi kəsilməzlik və hamarlıq […]

Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib. Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər. […]

ELAN

27 dekabr 2023-cü il tarixində saat 10:00-da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitutu seminarı keçiriləcək. Ümuminstitut seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov “Potensial tip inteqralların kəsilməzlik və hamarlıq xassələri” mövzusu ilə çıxış edəcək. Məruzə ümumiləşmiş Riss potensiallarının və loqarifmik potensialların funksiya kimi  kəsilməzlik […]

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən […]

Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bill Gates yaxın illərdə süni zəkanın təsiri ilə bağlı proqnozlarını açıqlayıb. Onun fikrincə süni zəka texnologiyası iş yerlərini, səhiyyə və təhsil sahələrini tamamilə dəyişəcək. Gates-in fikrincə ABŞ kimi yüksək əmək haqqı səviyyəsinə sahib ölkələr yaxın 1.5-2 il ərzində aktiv şəkildə süni zəka texnologiyasının inteqrasiyasına başlayacaqlar. İş yerlərində süni zəka texnologiyaları bir növ ikinci pilot qismində çıxış edəcəklər. Belə […]