Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin 2023-cü ildə sonuncu sayı dərc edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2023-cü ildə sonuncu sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Əfsanələri həqiqətə çevirən liderin hər ad günündən açılan yeni üfüqlər” adlı məqalə yer alıb. Qəzetin ikinci səhifəsində akademik İsa Həbibbəylinin 31 Dekabr – […]

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətini təkmilləşdirmək məqsədilə qərara alıram: “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik […]

Süni intellekt atom bombasının Yerə yaxınlaşan asteroidə təsirini tədqiq edir

Alimlər süni intellekt modeli vasitəsilə Yerə yaxınlaşan asteroidin üzərində atom bombasının partlaması simulyasiyasını həyata keçiriblər. Bu, həmin göy cisminin istiqamətini dəyişməsi məqsədilə edilib. NASA-nın bu sahədə apardığı tədqiqatla paralel olaraq çalışan Kaliforniya Universitetinin alimləri süni intellektin köməyi ilə atom bombasının asteroidin üzərinə enməsi, partlaması və onun güclü enerjisinin təsirini göstərən simulyasiya həyata keçiriblər. Onlar iki […]

Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır

İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir. Belə ki, həmin işçilərin işləri süni zəka əsaslı funksiyalar vasitəsilə artıq avtomatlaşdırılıb. Hələ bir neçə müddət bundan öncə Google süni zəka əsaslı yeni reklam dövrünə qədəm qoydu. Bu isə öz növbəsində reklam verənlər ilə şirkət arasındakı qarşılıqlı əlaqəni daha da yaxşılaşdırmalıdır. […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

27.12.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov “Potensial tip inteqralların kəsilməzlik və hamarlıq xassələri” mövzusunda  məruzə ilə çıxış edib. Məruzədə ümumiləşmiş Riss potensiallarının və loqarifmik potensialların funksiya kimi kəsilməzlik və hamarlıq […]

Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib. Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər. […]