Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan […]

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür

2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir. Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz […]

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin Türkiyəyə səfəri çərçivəsində Atatürk Kültür, […]

NASA-nın lazer alətləri yerölçmələrini kosmosdan dəqiq aparmağa kömək edir

GPS peyklərinin məlum istifadəsinin məqsədi insanlara avtomobil sürərkən, gəmi və ya təyyarədə naviqasiya zamanı və ya uzaq ərazilərdə səyahət edərkən öz yerlərini müəyyənləşdirməyə kömək etməkdir. Digər vacib, lakin daha az tanınan istifadə üsulu planetimizdə yerölçmələrini dəqiq müəyyən etmək üçün Yerə baxan digər peyklərə məlumat ötürməkdir. NASA-nın rəsmi saytı xəbər verir ki, Agentliklə yanaşı, bir sıra […]

Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək

15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək. İki gün davam edəcək qurultayın birinci günündə  “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, […]