Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

27 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında professor Rəşid Əliyev “Ümumiləşmiş grand Sobolev-Morri fəzalarında daxilolma teoremləri” mövzusu ilə  məruzə etdi. Məruzə ümumiləşmiş grand Sobolev-Morri fəzalarından olan funksiyaların bəzi diferensial xassələrinin araşdırılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 29 mart 2024-cü il tarixli iclasında saat 14:00-da Radə Əlirza qızı Hüseynovanın “Dördüncü tərtib qeyri-xətti Şturm sistemlərinin qlobal bifurkasiyasının tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional […]

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə […]

Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib

Microsoft şirkəti süni zəkaya həsr edilmiş tədbirin keçiriləcəyini elan edib. Şirkətin rəsmi məlumatına əsasən süni zəka mövzusunu əhatə edəcək tədbir 20 may tarixində baş tutacaq. Həmin tarixdə baş tutacaq tədbir çərçivəsində Microsoft CEO-su Satya Nadella şirkətin süni zəka sahəsindəki software və hardware üzrə istiqamətlərindən danışacaq. Məlumata əsasən tədbir şirkətin Surface cihazlarını və Windows əməliyyat sistemindəki […]

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün AMEA-nın “Elm” qəzetində 15 mart 2024-cü il tarixində müsabiqə elanı dərc edilmişdir:   “Funksional analiz” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi “Diferensial tənliklər” şöbəsi üzrə Baş elmi işçi  -1 ştat vahidi Böyük elmi işçi  -1 ştat vahidi Kiçik elmi […]

Bu gün Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır. Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, […]