Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Riyaziyyat və Mexanika İnstitutunun baş iqtisadçısı Nina Xudaverdiyevanı 70 yaşı münasibətilə təbrik edirik!


Nina Xudaverdiya 4 noyabr 1949-cu ildə  Qazaxıstan Respublikası, Kokçetarsk vilayətində anadan olmuşdur.

1970-ci ildə Qazaxıstan Respublikasında Astana Vilayyətində kooperativ texnikumunun iqtisadiyyat və planlaşma bölməsini bitirmişdir.

N.B. Xudaverdiyeva 1973-cü ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda iqtisadçı vəzifəsində çalışmışdır. 1984-ci ildən 2010-cu ilə qədər Akademiyanın Rəyaset Heyətində aparıcı mütəxəssis, sonra isə baş mütəxəssis vəzifələrində çalışmışdır. 2010-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş iqtisadçı vəzifəsində çalışır. İnstitutun iqitisadi fəaliyyətinin təşkili və təkmilləşdirilməsini həyata keçirir, bütün bölmələrin iqtisadi və sosial inkişafının perspektiv planlarını tərtib edir və fəaliyyətini əlaqələndirir. İnstitutun təsərrüfat fəaliyyətində material, əmək və maliyyə təhlilini keçirir. İqtisadi hesablamalar aparır, iqtisadi göstəriciləri hazırlayır, iqtisadi yekunlar barədə yuxarı təşkilatlara vaxtında məlumat verir. O, öz nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin hörmətini qazanmışdır.

İnstitutun kollektivi Nina xanımı 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uğurlu həyat yolu, sevincli günlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    509862

  • Sağalan

    481696

  • Yeni yoluxan

    2005

  • Aktiv xəstə

    21337

  • Ölüm halı

    6829

  • Test edilib

    5,069,352

Faydalı linklər